Musa Qasımlı: “Ərdoğanın səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır” AÇIQLAMA

Musa Qasımlı: “Ərdoğanın səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır” AÇIQLAMA

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Azərbaycan-Türkiyə münasibətlərindəki strateji üstünlüklərdən danışarkən deyib.

Deputatın sözlərinə görə, Türkiyə prezidentinin Azərbaycana səfəri ilə hər iki ölkənin münasibətlərdə strateji hədəflər uğrunda əməkdaşlığın təməlləri möhkəmləndirilir, təhlükəsizlik, beynəlxalq aləmdə birgə fəaliyyət daha böyük əhəmiyyət kəsb etməyə başlayır.

Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.mGörüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə