Çexiyadakı səfirimiz etimadnaməsini ölkə prezidentinə təqdim edib
Azərbaycanın Çexiyadakı yeni səfiri etimadnaməsini Çexiyanın Prezidentinə təqdim edib. Azərbaycan Xarici İşlər Nazirlyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 2-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin etimadnaməsinin Çexiyanın Prezidenti Miloş Zemana təqdim etməsi mərasimi baş tutub.
Mərasim əsnasında səfir Fərid Şəfiyevin Prezident Miloş Zeman ilə görüşü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə