Komitə sədri: "Təəssüf ki, mədəniyyətlərarası dialoqa əngəl olan hadisələr var"

"Bugünkü tədbirdə ən çox bir fikir vurğulandı ki, bu gün dünyaya daha çox mədəniyyətlərarası dialoq lazımdır. Bütün bunlar sülh, əmin-amanlıq və təhlükəsizliyə xidmət edən məsələdir. Təəssüf ki, mədəniyyətlərarası dialoqa əngəl olan hadisələr var". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, bu hadisələr sırasında radikalizm, millətçi separatizm ciddi şəkildə dialoqu və bütövlükdə mədəniyyətlərarası yaxınlaşmanı təhdid edir: "Bunların içərisində başqa ölkələrin ərazilərini işğal etmək cəhdləri dayanır. Bizim də məruzəmizdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal altında qalması faktları qeyd edildi. Bu cür təcavüzlərin dinlərarası və mədəniyyətlərarası dialoqa böyük ziyan vurur. Ona görə də bu kimi tədbirlər keçirilməsi vacib məsələlərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə