İsmayıl Alper Coşqun: “Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi, azərbaycanlıları həyəcanlandırmasın”

“Türkiyədə xalqın dövlətlə bütünləşməsi baxımından baş verən dəyişikliyi yalnız dostlarımız deyil, hər kəsin görməsi daha faydalıdır”
İsmayıl Alper Coşqun: “Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi, azərbaycanlıları həyəcanlandırmasın”

"Türkiyədə xalqın dövlətlə bütünləşməsi baxımından baş verən dəyişikliyi yalnız dostlarımız deyil, hər kəsin görməsi daha faydalıdır". SİA-nın məlumatına görə, bunu İsmayıl Alper Coşqun Ermənistanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsinə münasibət bildirdirərkən deyib.

Onun sözlərinə görə, andiçmə mərasimində iştirak edən hər kəs görəcək ki, Türkiyənin dostları çox dəyərlidir: "Mövcud tarixi təhrif etməklə, Türkiyəni lazımsız qarşıdurmaya məcbur etmək heç kimə fayda gətirməyəcək. Amma gerçəklərlə üzləşməklə, Türkiyənin dostluğunu qazanmaq hər kəsə faydalı olacaq".

Səfir qeyd edib ki, Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi ilə bağlı spekulyativ xəbərlər yayımlanır, hətta bununla bağlı Türkiyə prezidentinə çağırışlar da edilir: "Türkiyənin Azərbaycandakı səfiri kimi xahiş edirəm ki, belə yazılar dərc etməmişdən əvvəl və suallar verməzdən öncə Türkiyənin keçmişinə nəzər salın. Rəcəb Tayyib Ərdoğan həmin şəxsdir ki, Bakıya gəldi və Milli Məclisdə açıq şəkildə Türkiyədə Azərbaycan əleyhinə heç bir addımın atıla bilməyəcəyini bəyan etdi. Onun söylədiyi fikirlərin həmişə həqiqəti əks etdirdiyini Azərbaycan xalqı da qəbul edir. Ona görə də burada problem olacağı kimi bir həyəcana qapılmaqdan əl çəkin! "Türkiyə ilə Azərbaycan arasında bir problem yarana bilərmi?" deyə düşünən dairələi həyəcanlandırmaq istəyənlər varsra, bu, başqa məsələdir".

Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan əl-ələ verərək Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, hər iki ölkənin daha da inkişaf etməsi, üçüncü ölkələrin bu inkişafdan yararlanması üçün birlikdə fəaliyyət göstərməyə davam edəcək: "Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması faktı qəbuledilməzdir. Biz birlikdə dünyaya tarixi gerçəkliyi çatdırmağa davam edəcək, əksini iddia edənlərə qarşı isə həm birgə hərəkət edəcəyik, həm də hər dəfə utanmadan, çəkinmədən dostluğumuzun qiymətini anladacağıq".

"Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi Azərbaycana qarşı mövqeyimizdə hər hansı bir dəyişiklik olduğu anlamına gəlmir. Ona görə də azərbaycanlı politoloqlardan və köşə yazarlarından xahiş edirəm ki, bu məsələdə həyəcana qapılmasınlar. Əgər bir məqsədləri yoxdursa, həyacana qapılmamalıdırlar. Məqsədləri varsa, bu onların işləridir".

Bütün xəbərlər Facebook səhifəmizdə