Musa Qasımlı: “Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qoruyucusudur”
"Ölkənin birinci xanımı, millət vəkili, görkəmli ictimai xadim, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, beynəlxalq aləmdə tanınmış ictimai xadim Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm. Mehriban xanım Əliyeva Azərbaycanın bugünki ictimai, siyasi həyatında bir sıra fəaliyyət sahələri ilə yadda qalır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyeva Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin himayəçisi və inkişaf etdiricisidir: "Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində ölkəmizdə təhsilimizin inkişafı üçün zəruri olan ilk ciddi addımlar atılıb. Tariximizdə heç vaxt olmadığı qədər yeni məktəb binaları tikilib. Hətta bir zamanlar çətin gedilən ucqar dağ kəndlərində indi müasir tipli, hər cür avadanlıqla təchiz edilmiş məktəblər mövcuddur. Heç şübhəsiz bu Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətidir. Mehriban xanım Əliyeva Azərbaycanda məktəbə qədər təhsilə xüsusi qayğı göstərir, fondun fəaliyyəti nəticəsində bu gün Azərbaycanda uşaq bağçaları tikilir, köhnələri bərpa edilir. Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, bir vaxtlar uşaq evləri baxımsız halda idi, indi isə Azərbaycanda olan uşaq evləri digər ölkələrdəki uşaq evlərindən qat-qat yaxşıdır".
M.Qasımlı əlavə edib ki, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qoruyucusu və inkişaf etdiricisidir: "O, bir daha göstərdi ki, Azərbaycan xalqı dünya mədəniyyəti yaradan bir xalqdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İtaliyada arxeoloji qazıntı işlərinin aparılmasına, Fransada bir sıra tarixi abidələrin bərpa edilməsinə göstərilən yardımlar, Pakistanda məktəb tikintisi və digər məsələlər Azərbaycan qadının geniş dünya görüşünü və təfəkkürünü göstərdi. Bu gün Mehriban xanım Əliyeva beynəlxalq tədbirlərdə çıxış edərkən hər bir azərbaycanlı onunla fəxr edir və Azərbaycan qadınına qiymət vermək istəyənlər ilk növbədə Mehriban xanım Əliyevanın biliyinə, bacarığına, dünyagörüşünə və zəkasına görə qiymət verirlər. Azərbaycan qadını dedikdə ilk növbədə Mehriban xanım Əliyeva göz önünə gəlir. Onun atdığı hər bir addım, söylədiyi hər bir nitqi ilə Azərbaycan xalqı fəxr edir. Doğum günündə Mehriban xanım Əliyevaya uzun ömür can sağlığı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB