Əvvəllər ingilis barmağı, bu gün AXCP barmağı RƏY

Araz Əlizadə: “Əgər AXCP-də də belə bir şey olsa deyəcəklər ki, Müsavatın təxribatıdır”
Əvvəllər ingilis barmağı, bu gün AXCP barmağı RƏY

"Əvvələr dünyada nə olurdusa bir ingilis barmağı, bir də rus barmağı axtarırdılar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Partiyasında baş verən qalmaqallara münasibətini bildirərkən deyib.

ASDP sədrinin fikrincə, indi də Müsavatda nə olur əvvələr deyirdilər iqtidarın təxribatıdır: "İndi isə olub AXCP-nin təxribatı. Yəni burada AXCP-nin rolu var. Çünki bunlar bir bezin qırağıdır. Əgər AXCP-də də belə bir şey olsa deyəcəklər ki, Müsavatın təxribatıdır".

Müsavatda başqanlıq seçiminin növbəti dəfə təxirə salınacağı barədə məlumatların səslənməsində də ilginc məqamlara toxunan Araz Əlizadə bildirdi ki, bütün bunların arxasında İsa Qəmbərin iddiaları var: "Nə qədər ki, Ədliyə Nazirliyi tələb etməyəcək ki, Müsavat öz nizamnaməsinə riayət etsin, o zamana qədər də İsa Qəmbər başqanlıqda namizəd kimi qalacaq".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə