Musa Qasımlı: “Görüş Cənubi Qafqazda sabitlik üçün təhlükə törədən qüvvələrə işarədir”

Musa Qasımlı: “Görüş Cənubi Qafqazda sabitlik üçün təhlükə törədən qüvvələrə işarədir”

"Prezidentlərin Soçi görüşündən sonra Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün keçirilməsi Cənubi Qafqazda sabitlik üçün təhlükə törədən qüvvələrə işarədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti bütün Cənubi Qafqaz və Avropa üçün təhlükədir. Millət vəkili qeyd edib ki, Naxçıvanda belə bir görüşün keçirilməsinin strateji əhəmiyyəti var: "Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda təhlükəsizlik sahəsində əvvəllər də əməkdaşlıq ediblər. Bu əməkdaşlığın təməlləri hələ 2000-ci illərin əvvəlindən atılıb. Xüsusən 2001-ci il, 11 sentyabr terror aktından sonra Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik sahəsində əməkdaşlıq etməsində geniş imkanlar açılıb. Fikrimcə, müdafiə nazirlərinin bugünkü görüşü təhlükəsizlik sahəsində yeni addımdır. Müzakirə edilən məsələlər göstərir ki, bu üç ölkənin birgə əməkdaşlığı regiona yalnız fayda verir və təcavüzkarın ifşa edilməsində mühüm amillərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə