Aydın Mirzəzadə: "Sərhəd qoşunları sərhədlərimizin qorunmasını fədakarlıqla həyata keçirir"
"Bu gün hamımızın Sərhəd Qoşunları günüdür. 18 avqust 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etdi. Həmin qanuna əsasən Hərbi Nazirliyin tərkibində Azərbaycanın Sərhəd Qoşunları dəstəsi yaradıldı". SİA-nın məlumatına görə, bunu millt vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində paylaşdığı statusunda qeyd edib.
A. Mirzəzadə qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da yenidən müstəqil sərhəd xidməti yaradıldı və bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərdi: "Prezident Heydər Əliyev 16 avqust 2000-ci ildə hər ilin 18 avqust tarixinin Azərbaycan Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında müstəqil Dövlət Sərhəd Xidməti yaradıldı. Bu gün sərhəd qoşunları Azərbaycan sərhədlərinin qorunmasını fədakarlıqla həyata keçirir. Ən müasir avadanlıq və texnika ilə təchiz edilən, yüksək peşəkarlığa malik Azərbaycan sərhədçiləri sərhədlərimizi sayıqla qoruyur, onun toxunuzmazlığını təmin edirlər. Sərhəd xidmətində qulluq edən mərd insanlar Azərbaycan cəmiyyətinin yüksək hörmətini qazana biliblər. Bayramınız və bayramımız mübarək, əziz sərhədçilər!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB