"Bu gün müxalifətdə səmimiyyətlə siyasəti səhf salanlar var". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatı sədrinin müavini, Milli Şura üzvü Eldəniz Quliyev sabah İntiqam Əliyevlə bağlı KXCP-nin qərargahında keçiriləcək toplantıya münasibətini bildirərkən deyib. Milli Şura üzvü bununla bağlı qeyd edib ki, Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən toplantıdan öncə Milli Şura bu istiqamətdə ilk addımlarını atıb: "Necə olur ki, Milli Şura İntiqam Əliyevlə bağlı bəyanat verir, amma sonradan bir neçə partiya İsa Qəmbərin təşəbbüsü ilə yığışıb ayrılıqda müdafiə komitəsi yaradırlar?! Əgər onlar həqiqətən də kimisə müdafiə etmək istəyirlərsə, gəlsinlər bir yerdə müdafiə edək da!".
Eldəniz Quliyev İsa Qəmbərin səmimiyyətimə inanmadığını da bildirib: "Digər tərəfdən, İsa Qəmbər Novella Cəfəroğlunu hər yerdə müdafiə edir, onun fikirlərini dəstəkləyir. Novella Cəfəroğlunun məhbuslarla bağlı siyahısı bir çox hallarda razılaşdırılır və bunu bilməyən yoxdur. Onda Müsavat Partiyası ondan imtina edib digər təşkilatların siyahılarına dəstək verməlidir və Novellanın səhflərini etiraf etməlidir. Belə olan halda mən İsa Qəmbərə inanaram".
"El" rəsmisi səmimiyyət olmadığı halda hər şeyi qarşı tərəfin Allahın ixtiyarına buraxdığını deyib: "Demək istəyirəm ki, gəlin heç olmasa bu məsələdə səmimi olaq, siyasi oyunları kənara qoyaq. Əgər bu sözlərimi də qəbul etmirlərsə, onda qoy özləri bilsin, Allahları bilsin. Mənim başqa sözüm yoxdur onlara".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB