Hüseyn Məlikdən Müsavat rəsmisinə ETİRAZ

“Təəssüf edirəm”
Hüseyn Məlikdən Müsavat rəsmisinə ETİRAZ

Müsavat başqanının müşaviri vəzifəsindən qovulan Hüseyn Məlikin ətrafında dedi-qodular davam edir. SİA xəbər verir ki, Hüseyn Məlik öz facebook hesabında bu dəfə İsa Qəmbərin müavini Gülağa Aslanlını hədəfə alıb. O, yazıb ki, başqasının iradəsini ifadə etmək ənənəsinə sadiq qalan Gülağa Aslanlının halına və mövqeyinə yalnız təəssüf edir: "Müsavat Partiyası başqanının müavini Gülaga Aslanlı mətbuata verdiyi açıqlamasında deyib ki, güya məlum bəyanatı kiminsə sözü və ya arzusu ilə vermişəm. Bildiriəm ki, mən həmişə öz sözümü demişəm və öz iradəmi ifadə etmişəm".

Xatırladaq ki, Müsavat başqanının müşaviri Hüseyn Məlik 2 gün əvvəl keçirilən iclasda İsa Qəmbərin təşəbbüsü ilə həmin vəzifəsindən uzaqlaşdırılıb. Hüseyn Məlik isə buna etiraz əlaməti olaraq, partiyadan istefa verdiyini bəyan edib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə mətbuata açıqlamasında bildirib ki, İsa Qəmbər Hüseyn Məliki nöqsanlarına görə müşavirlik postundan qovub: "Hüseyn Məlikin nöqsanları olub, buna görə də İsa Qəmbər belə bir addım atıb".

Onu da qeyd edək ki, Hüseyn Məlikin vəzifədən və partiyadan uzaqlaşması bir neçə müsavatçı funksionerlərin İsa Qəmbərin qərarına etirazları ilə yadda qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə