Almaniyada “Azәrbaycan silahlı qüvvәlәri provokasiyalara mәruz qaldı” başlıqlı bәyanat yayıldı

Almaniyada “Azәrbaycan silahlı qüvvәlәri provokasiyalara mәruz qaldı” başlıqlı bәyanat yayıldı

Cari ilin 1 avqust tarixindәn etibarәn Almaniya mәtbuatında Ermәnistan-Azәrbaycan cәbhәsindә atәşkәsin intensiv pozulması ilә әlaqәdar Dağlıq Qarabağ münaqişәsinә dair gündәlik mәlumatlar dәrc olunur. SİA-nın AzәrTAc-a istinadən verdiyi xəbərə görə, mәtbuatın diqqәtini nәzәrә alaraq Azәrbaycanın Almaniyadakı sәfirliyi "Azәrbaycan silahlı qüvvәlәri provokasiyalara mәruz qaldı" başlıqlı bәyanat yayıb.

Bәyanatda cәbhә bölgәsindә baş verәn hadisәlәrә dair XİN­in Mәtbuat Xidmәtinin yaydığı mәlumata istinad edilib vә XİN­in internet sәhifәsindәn hәmin mәlumatın linki verilib.

Bәyanatın sonunda Dağlıq Qarabağ bölgәsi vә münaqişәsi haqqında qısa arayış verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə