Naira Zoqrabyan: “Bizim parlament xardalı xatırladır”
Ermənistan iqtidarına yaxınlığı ilə tanınmasına baxmayaraq, daim tənqidi mövqedə dayanan erməni deputat, "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasındakı katibi Naira Zopqrabyan təmsil olunduğu qurumu ələ salıb. SİA-nın məlumatına görə, erməni deputat news.am saytına müsahibəsində parlamentin fəaliyyətinə aşbaz nöqteyi-nəzərindən yanaşıb. Erməni deputat bildirib ki, onun təmsil olunduğu qurum nahardan sonra verilmiş xardala bənzəyir: "Parlamentə dadı-tamı olmayan ədviyyatlar yığılıb və sadəcə ekzotik təsir bağışlayır".
Zoqrabyan bildirib ki, Ermənistan parlamentində 131 nəfərdən uzağı 10 nəfəri dad verə biləcək ədviyyat rolunu oynaya bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB