Elman Məmmədov: “Sarkisyana əvvəldən nə proqram verilibsə, elə danışır və özünü o cür aparır”

Elman Məmmədov: “Sarkisyana əvvəldən nə proqram verilibsə, elə danışır və özünü o cür aparır”

"Soçi görüşündə "Xocalı" soyqırımının törədilməsində birbaşa iştirak edən hərbi cani, cinayətkar, "Ermənistan" deyilən qondarma qurumun rəhbəri Serj Sarkisyanın danışığı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini saymadıqlarını ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, S.Sarkisyanın danışığı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini saya salmadıqlarını, qəbul etmədiklərini bildirir: "Nə qədər ki, Ermənistanda bu cinayətkar qurum hakimiyyətdədir, danışıqlardan müsbət nə isə gözləmək əbəsdir. Azərbaycan Prezidenti həmişə olduğu kimi, ədalətli, cəsarətli və sərt mövqeyini ortaya qoyur. Bu, Azərbaycan xalqının iradəsidir, Prezidentimizin danışıqlarda apardığı siyasətdir, haqq yoludur. Prezidentimizin rəhbərliyi altında mütləq torpaqlarımızı azad edəcəyik".

Millət vəkili Ermənistan prezidentinin başqalarından asılı olduğunu bildirib: "Sarkisyan adlı cinayətkar orada fiqur xatirinə oturur. Ermənistan tərəfdən də, Rusiya tərəfdən də sözü deyən Putindir. Sarkisyana əvvəldən nə proqram verilibsə, elə danışır və özünü o cür aparır. Ermənistan müstəqil dövlət deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur, asılı quberniyalarından biridir. Onlar Rusiyanın vassalları, əlaltılarıdır. Çünki, onları hakimiyyətə Moskva gətirib və qoruyur. Torpaqlarımızın işğaldan azad olunub-olunmaması məsələsi Putinin istəyindən asılıdır. Ermənistan burada heç bir rol oynamır".

Bütün xəbərlər Facebook səhifəmizdə