"Beynəlxalq təşkilatlar və bəzi xarici dövlətlərin müdafiə etdiyi "hüquq müdafiəçiləri" bilavasitə xarici qüvvələrin maraqlarını ifadə edən, onlarla işbirliyində olan insanlardır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
"Çox güman ki, onları müdafiə edənlərin də burada maddi maraqları da var. Çünki həmin insanlara külli miqdarda qrantlar ayrılır və ayrılan pullar heç bir ictimai fəaliyyətə yönəldilmir. Bu qrantların da Azərbaycan dövlətinin qanunvericiliyinə uyğun olaraq vergiləri ödənilmir. Yəni ortada cinayət var. Bu cinayətə görə məsuliyyət Avropa və Qərb qanunvericiliyində daha sərtdir. Ümumiyyətlə onlar belə məsələlərdə daha sərt davranırlar. Nədənsə, belə məsələlər Azərbaycana çatanda fərqli maraqlar və iddialar ortaya çıxır" – deyə, E.Mirzəbəyli bildirib.
E. Mirzəbəyli deyib ki, son zamanlar Azərbaycanda yağışdan sonra çıxan göbələklər kimi "hüquq müdafiəçiləri" meydana çıxıb: "Nədir bu "hüquq müdafiəçiləri"? Kim müəyyənləşdirir onların statusunu? Onların statusu hansı qanunlarla müəyyənləşir? Hesab edirəm ki, onlara yalnız ictimai fəallar və ya QHT nümayəndələri deyilə bilər. Ancaq hüquq müdafiəçisi burada absurd yanaşmadır. Hüquq müdafiəçisi qanuni əsaslarla vəkil olmalıdır ki, hər hansı bir cinayətkarın hüquqlarını müdafiə etsin.
E. Mirzəbəyli vurğulayıb ki, bu "hüquq müdafiəçiləri" faktiki olaraq ayrı-ayrı xarici qüvvələrin əli ilə Azərbaycan cəmiyyətinə atılmış və ölkə qanuvericiliyinə zidd fəaliyyət göstərən insanlardır: "Son günlər cəbhədə baş verən erməni təxribatına ciddi qarşılıq verilildi. Təbii olaraq da ermənilər bundan qorxmağa başladılar. Bu stiuasiyanı nəzərə alsaq onları himayə edənlərin belə fikirlərlə çıxış etməsi təbiidir. Əks arqumentləri yoxdur. Ona görə də ölkəmizə qarşı absurd iddialarla mübarizə aparırlar".
"Hesab edirəm ki, bunalara diqqət yetirmək lazım deyil: "Azərbaycan cəmiyyətinin ovqatı, düşüncəsi bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı öz dövlətinin arxasındadır, dövlətin yeritdiyi siyasəti sonuna qədər dstəkləyir. Hər bir Azərbaycan vətəndaşı ərazi bütövlüyümüz uğrunda ölümə belə getməyə hazırdır. Bütün bunlar təxribat xarakterlidir. Azərbaycan xalqı da təxribatların hər zaman cavabını verir – deyə, E. Mirzəbəyli vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB