Təhmasib Novruzov: “Ermənistan hər zaman Qərb üçün “rıçaq” rolunu oynayıb” MÜNASİBƏT
"Artıq açıq-aşkar ortadadır ki, Qərb bütün regionlarda, o cümlədən Qafqazlarda özünün maraqlarına uyğun bütün addımlarını atır. Buraya ABŞ-ı, Fransanı, Britaniyanı, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən təşkilat və qurumları aid etmək mümkündür". Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Qərbin Azərbaycana ikili standartlardan yanaşmasına və bu kimi digər bənzər məsələlərə münasibətini açıqlayarkən deyib.
AHB sədrinin fikrincə, Qərb dövlətləri siyasi və iqtisadi maraqlarını hər şeydən üstün tuturlar. Belə bir məqamda Ermənistan hər zaman onlar üçün "rıçaq" rolunu oynayıb: "Təbii ki, burada da Ermənistanın Qafqazda, necə deyərlər, araqarışdıran bir dövlət kimi mövcudluğu onların işinə yarayır. Çünki lazım gələndə Ermənistandan vaxtilə Rusiya, İran istifadə edirdisə, indi də Qərb öz maraqlarının təminatı üçün bütün mənalarda istifadə etməkdədir. Bu baxımdan, Ermənistana və onun rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunmamasının arxasında belə məqamlar dayanıb".
Təhmasib Novruzov vurğulayıb ki, Ermənistanın təcavüzkarlığına qarşı sanksiyalar tətbiq olunması əvəzinə, Leyla Yunus kimilərinin həbsinə Qərbin ciddi reaksiya verməsindən təəccüblənməmək lazımdır: "Çünki Leyla və Arif Yunusların, Rauf Mirqədirovun, Rəsul Cəfərovun, Anar Məmmədovun və başqa milli xəyanətkarların həbsindən ilk növbədə Qərb narahatdır. Çünki bu, Qərbin Azərbaycandakı rıçaqlarını itiməsi deməkdir. Yəni bu həbslər Qərbin maraqlarına uyğun deyil. Ona görə də Qərbin bu məsələlərdə belə bir mövqe tutması, xüsusilə də Ermənistanın nazı ilə oynamasında təəccüblü nə isə axtarmaq lazım deyil".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB