Əkbər Qoşalı: "Ölkədə hüquqi bazanın yaradılması bir çox təşkilatları narahat edir"

Əkbər Qoşalı: "Ölkədə hüquqi bazanın yaradılması bir çox təşkilatları narahat edir"

"Hər bir QHT-nin üzərinə götürdüyü öhdəliklər mövcuddur. Buna görə də QHT-lər gördüyü hər bir işin hesabatını müvafiq qurumlarla yanaşı, ictimaiyyətə də təqdim etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, hazırda ölkədəki normal ictimai-siyasi fəaliyyət üçün hüquqi baza və mühitin yaradılması bir çox təşkilatları nəinki məmnun edir, hətta onlar bundan narahat olurlar: "Ona görə də onlar öz "ehtiyac"larını ölkə daxilində deyil, hansısa xarici donor institutlarında axtarırlar. Lakin QHT-lərin atdığı hər bir addım hüquq çərçivəsində və beynəlxalq məzmun daşıyırsa yenə beynəlxalq hüquq normaları çərçivəsində olmalıdır".

"Azərbaycanda ən xırda QHT də bilir ki, qurumları Dövlət Statistika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, Maliyyə və Ədliyyə Nazirliklərinə gördükləri işlərə dair müvafiq hesabatlar təqdim etməlidirlər. Lakin şübhəli fəaliyyət göstərən QHT-lər bu hesabatlılıqdan imtina edirlər və bu da təbii ki, müəyyən suallar doğurur... Buna görə də həmin QHT-lər hüquq mühafizə orqanlarının meydana çıxan suallarına cavab verməli olurlar" –deyə, Əkbər Qoşalı məsələ ilə bağlı fikirlərini bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə