İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüf ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB