Rasim Musabəyov: “BQXK öz işini afişa etmədən həyata keçirməyə çalışır" AÇIQLAMA

Rasim Musabəyov: “BQXK öz işini afişa etmədən həyata keçirməyə çalışır" AÇIQLAMA

"Ümumiyyətlə Beynəlxalq Qızıl Xaç Komitəsi öz işini afişa etmədən həyata keçirməyə çalışır". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən danışarkən deyib.

Politoloq hesab edir ki, dünyada sözügedən qurumdan başqa bu işi effektiv həyata keçirən ikinci qurum yoxdur: "Düşünürəm ki, biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə münasibətlərimizə gərginlik gətirməməliyik. Qurum mütəmadi olaraq əsirlərlə görüşür, təklif verir və təkid edir. Amma onun bu proseslərin tezləşməsinə məcbur edilməsi ilə bağlı imkanları yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsi xeyli sayda azərbaycanlı əsirləri nəzarətdə saxlamaqda və onların Vətənə qaytarılmasında işlər görüb. Təbii ki, bu, qarşılıqlı şəkildə həyata keçirilib.

Son günlər cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulmasına da münasibət bildirən politoloq deyib ki, müharibə hələ bitməyib: "Münaqişə sadəcə olaraq dondurulub. Kimlərsə Azərbaycan torpaqlarını işğal edib orada arxayın oturacağını düşünürlərsə, bu elə düşüncələrində qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə