Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir
Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir. Əminəm ki, növbəti illərdə Qəbələ festivalını izləmək üçün dünyanın hər yerindən daha çox turist bu ecazkar məkana üz tutacaq. Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının izləyən, tanınmış bəstəkar, pianoçu, orqan ifaçısı Arif Mirzəyev azərtac-a müsahibəsində deyib.
Festivalın artıq dünyada məşhurlaşdığını qeyd edən Arif Mirzəyev bu musiqi bayramının ənənəyə çevrilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri olduğunu bildirib. Tanınmış bəstəkar bu mötəbər incəsənət bayramının proqramının zənginliyini də xüsusi vurğulayıb.
Dünyanın aparıcı telekanallarında VI Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı videoreportajların yayımlandığını söyləyən Arif Mirzəyev bu mötəbər sənət bayramının tanınmış musiqiçiləri özünə cəlb etdiyini vurğulayaraq deyib: "Yuri Başmet, Boris Berezovski, Oksana Yablonskaya kimi dünyada tanınmış musiqiçilərin festivalda iştirakı bu möhtəşəm sənət bayramının beynəlxalq arenada özünəməxsus yeri olduğunu bir daha sübut edir.
Festivalla bağlı təəssüratlarım çox zəngindir. Festival, həmçinin dünya şöhrətli musiqiçilərlə ünsiyyətdə olmaq üçün bir vasitədir. Qəbələ ilə yanaşı, artıq Gəncə, Şəki və digər regionlarımızda da beynəlxalq musiqi tədbirləri keçirilir. Bu günlər ölkəmizin demək olar ki, hər bölgəsindən tamaşaçılar bu festivalı izləmək üçün Qəbələyə gəlirlər. Dünyanın heç bir yerində belə bir mötəbər festivalın keçirildiyini görməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB