Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan xalqını Ramazan bayramı münasibət ilə təbrik edib. SİA-nın xəbərinə görə, bu barədə Komitənin sədri sosial şəbəkədə məluma yazıb.
Təbrikdə deyilir: "Hörmətli dostlar, əziz həmvətənlər! Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun!
Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB