XİN rəhbəri: "Qərbin Rusiyaya qarşı sanksiyaları məqsədinə çatmayacaq"

XİN rəhbəri: "Qərbin Rusiyaya qarşı sanksiyaları məqsədinə çatmayacaq"

"Krım Rusiyanın bir hissəsidir və bu məsələ ilə bağlı heç kimlə danışıqlar olmayıb, yoxdur, ola da bilməz. Bu cavab Krımdakı xalqların 17 mart referendumunda irəli qoyduğu birmənalı iradəsinə əsaslanır. Bu məsələ ilə bağlı bütün qərarlar artıq qəbul edilib". SİA-nın rus mətbuatına itinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin əlavə edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları məqsədinə çatmayacaq, əksinə Rusiya daha da müstəqil olacaq: "Sanksiyalar nadir hallarda öz məqsədinə çatır. Rusiyaya gəldikdə isə bu mahiyyətcə mümkün deyil. Biz sevinmirik, necə ki, bu sanksiyaları tətbiq edən Avropa ölkələri sevinmir. Biz bunu bilirik. Lakin sizi əmin edirəm ki, iqtisadiyyatımızın bəzi sahələrində əməl gələcək çətinlikləri dəf edəcəyik. Hətta ola bilsin ki, biz daha müstəqil olacağıq və özümüzə daha çox güvənəcəyik. Bunda da bir fayda var".

Bütün xəbərlər Facebook səhifəmizdə