Türkiyədə prezident seçkiləri başladı

Türkiyədə prezident seçkiləri başladı

Türkiyədə növbəti dövr üçün prezident seçilir. İlk seçki qutuları sərhəd-keçid məntəqələrinə quraşdırılıb. Atatürk Hava limanında ilk səsi 15 ildir xaricdə yaşayan Ahmet Atay adlı şəxs verib. Quru yolla xaric ölkələrə gedənlər də seçki qutuları önündə növbəyə dayanıblar. Bəzi seçicilər hətta gecədən səhərə qədər səsvermənin başlamasını gözləyiblər.

Tez-tez Türkiyəyə gəlib-gedən vətəndaşlar isə gömrük məntəqələrində seçki hüququndan istifadə edə bilərlər. Xarici ölkələrdə isə səsvermə səfirliklərdə təşkil olunacaq.Səsvermə avqustun 10-a qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə