22 iyul - Milli Mətbuat Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nərimanov rayonunun ictimai-mədəni, sosial-iqtisadi tədbirlərini mütəmadi olaraq obyektiv şəkildə işıqlandıran televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbiri giriş sözü ilə açaraq jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan mətbuatının keçdiyi 139 illik şərəfli yoldan danışıb.
Bildirib ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də, şərəfli yol keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb. Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olundu, senzura ləğv olundu. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu. Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənildi".
Tədbirdə iştirak edən mediya təmsilçiləri ölkə rəhbərinin mətbuata göstərdiyi diqqət və qayğıdan danışaraq diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq tapşırıq və göstərişlərini verir. Ötən il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Daha bir bina isə yaxın zamanlarda jurnalistlərin ixtiyarına veriləcək.
Sonda bayram münasibətilə mətbuat nümayəndələrinə milli mətbuatın inkişafındakı, respublikamızın, eyni zamanda Nərimanov rayonunun ictimai-siyasi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə Nərimanov Rayon İcra Hakmimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB