Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat sözçüsü Hamit Karadeniz media nümayəndələrini təbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrik məktubunda deyilir: "Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür. 1875-ci il iyulun 22-də Azərbaycan xalqının görkəmli maarifçi ziyalısı Həsən bəy Zərdabinin rəhbərliyi ilə ölkənin ilk mətbu orqanı olan "Əkinçi" qəzeti çapa başlayıb. Məhz bu tarix, qardaş Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu münasibətlə bütün media nümayəndələrini təbrik edir, peşə faaliyətlərində uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB