Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etdiyi Avropa Şurası (AŞ) Nazirlər Komitəsi adından Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar bəyanat verib. SİA bu barədə AŞ Nazirlər Komitəsinin saytına istinadən xəbər verir.
Hadisədən sarsıldığını bildirən nazir qəzada həlak olanların ailələrinə başsağlığı verib: "Avropa Şurası Nazirlər Komitəsi adından, bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Mən qurbanlara və onların ailələrinə hörmət kimi tez bir zamanda qurbanların cəsədlərinin repatriasiyasını asanlaşdırmağa çağırıram. Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşuluram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB