Bu gün Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) üzvləri və media təmsilçiləri milli mətbuatının yaranmasının 139 illiyi münasibətilə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin, oftomoloq alim Zərifə xanım Əliyevanın və "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Əkinçi" qəzeti Azərbaycan xalqının həyatında çox şərəfli rol oynayıb: "Əkinçi" qəzeti Azərbaycan xalqının milli məfkurəsini formalaşdırıb və sonra bu ideyalar daha da püxtələşib. Azərbaycanda hər bir hadisə miqyasından asılı olmayaraq müxtəlif KİV vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır və bu da ölkədə söz və mətbuat azadlığı sahəsində qazanılan ən böyük nailiyyətdir.
Bu gün Azərbaycan jurnalistikası azaddır, sərbəstdir, hər bir insan öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün KİV-də çıxış edə bilər, hər kəs mətbuat vasitəsi yaratmaq üçün Ədliyyə Nazirliyinə müraciət edə bilər".
Qeyd edək ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. "Əkinçi" qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB