Vüqar Rəhimzadə: “Mübariz Qurbanlı Prezidentin apardığı işlərə daima sədaqətli olub” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Mübariz Qurbanlı Prezidentin apardığı işlərə daima sədaqətli olub” AÇIQLAMA

"İlk növbədə, Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunması münasibətilə təbrik edir, ona yeni vəzifəsində uğurlar arzulayıram". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP rəsmisinin sözlərinə görə, bu, çox uğurlu təyinatdır: "Düşünürəm ki, Mübariz Qurbanlı həm Milli Məclisin üzvü olduğu dövrdə, həm də Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini olduğu illərdə dövlətçiliyə, dövlətə, Ulu Öndər Heydər Əliyevin siyasətinə və cənab Prezident İlham Əliyevin apardığı işlərə daima sədaqətli olub.

Bu mənada düşünürəm ki, Mübariz Qurbanlının komitəyə sədr təyin olunması DQİDK-nın işinin daha yüksək səviyyədə təşkil olunmasına və bütövlükdə bu sahənin inkişafına öz töhvələrini verəcək. Bu mənada düşünürəm ki, biz Mübariz Qurbanlının uğurlu işlərinin şahidi olacağıq.

Mübariz Qurbanlı bütün işlərinin öhdəsindən mərdliklə, qətiyyətlə gələn şəxsiyyətdir. Hesab edirəm ki, onun bu vəzifəyə təyinatı komitənin işlərinə uğur gətirəcək".

Qeyd edək ki, Mübariz Qurbanlı bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunub. M. Qurbanlı YAP icra katibinin müavini, millət vəkilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə