Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi
- Elşad müəllim, bir neçə gün öncə ATƏT-in amerikalı həmsədri Cemis Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışaraq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu söyləyib. Ümumiyyətlə, amerikalı həmsdrin bəyanatının hər hansı bir dəyəri və ciddi əsası var?
- İşğal altında olan Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılması münaqişəsinin mərhələli tənzimlənmə prinsiplərinə uyğundur. Amma burada bir məsələ var ki, irəli sürülən təkliflər zamanı Dağlıq Qarabağın özünün sonrakı status məsələsinə toxunulmur.
- Bu müəyyən suallar yaratmır ki?
- Bəli, haqlı suallar yaradır. Yəni belə bir təsəvvür yaranır ki, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun qaytarılması ilə məsələ bitmiş hesab ediləcək. Bu da bizim maraqlarmıza uyğun deyil. Bizim proritetimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. Bu baxımdan, 7 rayonun qaytarılması məsələsi Azərbaycan üçün o vaxt maraqlı olar ki, bunun ardınca Dağlıq Qarabağın statusuna aydınlıq gətirilməsi məsələsi qəti şəkildə gündəmə gətirilsin. Sonrakı atılacaq addımlar müəyyənləşdirilsin. Yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu məsələsi əsas müzakirə obyekti olmalıdır. Bir sözlə, Dağlıq Qarabağın taleyinin həll olunması konteksində rayonların qaytarılmasından danışmaq məqbul olar. Bunu üçün beynəlxalq birliyin ortaya konkret mövqe qoymalıdır. Başlıcasısı işğalcı ölkə olan Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar iqtisadi-siyasi sanksiyalar tətbiq etməlidir. Yalnız bu halda Ermənistan diz cökər, beynəlxalq hüquq prinsiplərinə əməl etmək məcburiyyıtində qalar.
- Diplomatların bu kimi bəyanatları Azərbaycanın maraqlarına cavab verirmi və bunu torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərikmi?
- Əgər bunun ardınca qısa bir zamanda Dağlıq Qarabağın statusu məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gündəmdədrsə, bəli bu münaqişənin mərhələli tənzimləmə prinsiplərinə uyğundur. Ümumiyyətlə, Ermənistanın işğalçı bir ölkə olduğunu bütün dünya ölkələri bilir. Bu baxımdan, gec-tez Ermənistan işğal altında olan torpaqlarını işğaldan azad etməyə məcbur olacaqdı. Çünki həmin ərazilər Azərbaycan dövlətinə aiddir. Təbii ki, münaqişə sülh yolu ilə həllinə tapmasasa, o halda Azərbaycan dövləti güc faktorundan istifadə etməklə qısa zamanda ərazi bütövlüyünü bərpa edərək, qacqın və, qacqın vələrin öz yurd-yuvalarına qaıtmalarını təmin edəcək.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB