Milli Məclisin nümayəndə heyəti Eduard Şevardnadzenin dəfnində iştirak edəcək

Milli Məclisin nümayəndə heyəti Eduard Şevardnadzenin dəfnində iştirak edəcək

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iyulun 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Tbilisidə səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər həmin gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə