"Nazirlər Kabinetinin iclası dövlətin apardığı ümumi siyasi proseslərin tərkib hissəsidir. Mütəmadi olaraq altı aydan bir Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yığışır və görülmüş işlərin yekunları müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. Hansı sahələrdə nə kimi tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılır, atılacaq addımlar müəyyən edilir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli Prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetində keçirdiyi müşavirəyə münasibətini bildirərkən deyib.
Millət vəkilinin fikirincə, dövlətin qəbul olunmuş strateji kursunun taktiki addımlarını reallaşdırmaq üçün proqram müəyyən edilir: "Məhz bu müşavirə də həmin xarakterli tədbirdir. Yəni ayrı-ayrı sahələr üzrə nazirlərin çıxışları, atılan addımlar və həyata keçirilən islahatlar kifayət qədər ciddi şəkildə təhlil edildi. Prezident İlham Əliyev ümumi altı aylıq əldə olunan nailiyyətlərə yekun vurdu və qarşıda duran vəzifələri müəyyən etdi. Strateji kursumuzun tərkib hissəsinə layiq olan ümumi strateji kursumuzu reallaşdırmaq üçün addımlar müəyyənləşdirildi".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB