Cəmil Həsənli uğursuz şou yaratmaq istəyir

Mais Səfərli: "Müxalifət təmsilçiləri şou-bizneslə məşğul olsaydılar nə isə uğurlu nəticələr əldə edə bilərdilər "
Cəmil Həsənli uğursuz şou yaratmaq istəyir

Müsahibimiz "Yurddaş" Partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, Cəmil Həsənli iddia edib ki, "Milli Şura"nın növbəti sessiyasını Tbilisidə keçirəçəklər. Bu açıqlamanı Cəmil Həsənlinin növbəti şou yaratmaq cəhdi kimi qiymətləndirmək olarmı?

- Müxalifəti təmsil edən şəxslər şou yaradaraq gündəm də qalmaq üçün çox çeşidli üsul və vasitələrdən istifadə edirlər. Onların fantaziyasi bu cür şeylərdə yaxşı işləyir. Lakin müxalifət düşərgəsini təmsil edən şəxslərin öz partiyalarında islahatlar aparmağa və ortaya nə isə yeni bir təşəbbüslər, proqramlar qoymaq kimi işlərə qabiliyyətləri çatmır. Ümumiyyətlə, bu kimi şəxslərdə şou yaratmaq fantaziyası çox genişdi. Düşünürəm ki, müxalifət təmsilçiləri şou-bizneslə məşğul olsaydılar nə isə uğurlu nəticələr əldə edə bilərdilər. Çünki müxalifətçilər siyasətdə heç bir nəticə əldə edə bilmir. Bu da onu deməyə əsas verir ki, bu şəxslərin siyasi bacarığı yox, şou-biznes bacarığı var.

- Necə düşünürsünüz Azərbaycanda "Milli Şura"nın bir necə nəfərdən ibarət olan üzlərinə iclas keçirmək üçün şərait yaradılmır?

- Azərbaycanda istənilən kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Azərbaycan Konustitusiyasında insan hüquq və azadlığlarına həsr olunmuş maddələrin sayı bizim ana qanunumuzda üstünlük təşkil edir. Bu da o deməkdir ki, Azərbaycanda insan hüquq və azadlıqları dövlət və qanunlar səviyyəsində qorunur. O cümlədən, kütləvi aksiyaların keçirilməsi, toplaşmaq azadlığı Azərbaycanda Konstitusiya və digər qanunvericilik aktları ilə təmin olunub. Yəni müxalifət təmsilçilərinin iddia etməsi ki, guya Azərbaycanda belə hüquqlar pozulur və kütləvi aksiyalar qadağan olunur kimi məsələlər absurddur. Hər şey göz qabağındadır. Ölkəmizdə hər gün hər hansı bir kütləvi tədbirlər, yığıncaqlar və beynəlxalq tədbirlər keçirilir. Azərbaycanda o qədər böyük, davamlı və mökəm siyasi stabillik var ki, hətta beynəlxalq təşkilatlar öz möhtəşəm tədbirlərini Bakıda keçirməyə üstünlük verirlər. Azərbaycanda elə bir gün olmur ki, hər hansı bir nüfuzlu beynəlxalq təşkilatın tədbiri olmasın. Bütün bunlarda ondan xəbər verir ki, Azərbaycanda siyasi və davamlı stabillik var. O cümlədən də, insan hüquq və azadlıqları qorunur və dövlət tərəfindən təminat verilir. Vətəndaşların sərbəst şəkildə fikirlərini izah etmək və hər cür tədbirlərin keçirilməsinə normal şəraitlər yaradılır. Bu baxımdan müxalifətin iddiaları gülüş doğurur.

- "Azad Demokratlar" partiyasının sədri Sülhəddin Əkbərdə "Milli Şura"dan ayrıldıqlarını bəyan edib. Sizcə, bundan sonra "Milli Şura"nın fəaliyyət göstərməsinə lüzum varmı?

- "Milli Şura" yaranan gündən elə məqsəd və vəzifəsi aydın deyildi. Ona görə də, onlar irəliliyə doğru heç bir şeyə nail ola bilmədilər. Yəni bir vaxtlar "Milli Şura"da birləşən partiyalar indi isə oranı tərk edib gedirlər. Hesab edirəm ki, "Milli Şura"nın fəaliyyət göstərib, göstərməməsinin elə bir önəmi yoxdur.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə