Araz Əzimov: “Protokol üçün görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil”

Araz Əzimov: “Protokol üçün görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil”

"Nazirlik ATƏT-in Minsk Qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Nazir müavini bildirib ki, ATƏT-in Minsk Qrupu beynəlxalq cəmiyyətin ən önəmli oyunçularını özündə cəmləşdirib: "İkincisi, Minsk qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə təsdiq olunub. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda, seçkili əsasda yaxınlaşmaq olmaz. Qətnamələr bütövlükdə öz əhəmiyyətini saxlamalıdır və bütövlükdə yerinə yetirilməlidir. Minsk qrupunun dəyişdirilməsi o qətnamələrə də zərər verəcək. Nəhayət, Minsk qrupunun formatı ermənilər iddia etdiyi Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakı məsələsini aradan götürür. Çünki Minsk qrupunda məhz o formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosedə dövlət səviyyəsində yox, maraqlı olan tərəf kimi iştirak etməyə qadirdirlər. Qərar qəbul etmə prosesində iştirak etmirlər, lakin öz mövqelərini eşitdirə bilirlər. Ona görə Minsk qrpunun formatı bizim üçün, elə hamı üçün, belə desək, ermənilər bunu indi qəbul etməsə belə, onların da maraqlarına və mövqelərinə uyğundur".

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə də toxunan Araz Əzimov diqqətə çatdırıb ki, Fransa prezidenti tərəfindən belə bir təklif irəli sürülüb: "Bildiyiniz kimi, Azərbaycan yenə də konkret siyasi konyekturadan asılı olmayaraq, müzakirələrə qoyulan mövzulardan asılı olaraq, daha doğrusu müzakirələrin substantiv şəkildə həyata keçirməyi nəzərdə tutan bir təşəbbüsə razılıq verə bilər. Sadəcə protokol üçün belə bir görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə