Leyla Əliyeva: "Xocalıya Ədalət!" adlı üç cildlik əsərin təqdimatı keçirilib FOTO

Leyla Əliyeva: "Xocalıya Ədalət!" adlı üç cildlik əsərin təqdimatı keçirilib FOTO

Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının və "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" adlı üç cildlik əsərin təqdimatı keçiriib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin prezidenti, yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov açaraq qonaqları salamlayıb və tədbiri açıq elan edib.

Daha sonra Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, fəlsəfə elmləri dpktoru, professor, Fəlsəfə Cəmiyyətləri Federasiyasının üzvü Rahid Ulusel çıxış edib.

Çıxışçılar həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının 5 illiyinə həsr edilmiş bu üç cildlik kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs edib, kitabının mövzusunun Xocalə soyqırımı olmasına baxmayaraq əslində, bu əsərdə ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığının əks olunduöunu xüsusi vurğulayıblar.

"Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" kitabının səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsində, "Xocalıya Ədalət!" hərakatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilib. Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki, bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamlar söyləyiblər. Nümunə kimi bu məqalələrdən bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz və mədəniyyətimiz üçün əhəmiyyəti təkzibedilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə