"Səs" qəzeti Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirir YENİLƏNİR
Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, dəyirmi masada Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Milli Məclisin Aqrar Məsələlər Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri iştirak edir.
Dəyirmi masanın məqsədini diqqətə çatdıran "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, "Səs" qəzeti ənənəvi olaraq dövlətimiz və xalqımız üçün maraq kəsb edən, ictimai-siyasi hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, siyasi və ictimai təşkilatların rəhbərlərinin, ziyalıların iştirakı ilə dəyirmi masa təşkil edir: "Jurnalistika tariximizdə böyük hadisələrdən olan bu kimi dəyirmi masaların keçirilməsi geniş ictimaiyyət arasında da marağa və diqqətə səbəb olub. Növbəti dəyirmi masa Azərbaycan tarixinə dövlətimizin və xalqımızın xilası günü kimi daxil olmuş 15 İyun Milli Qurtuluş Gününə həsr olunub.
Digər çıxış edənlər müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin suverenliyinə, müstəqilliyinə qarşı yönəlmiş mənfur qüvvələrin ləğv edildiyini və bu baxımdan Azərbaycanın həqiqi müstəqilliyinin məhz 1993-cü ilin 15 iyunundan başladığını bildiriblər. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını sürətləndirib. Bu isə Ümummilli Lider Heydər Əliyevin əsasının qoyduğu siyasətin davamlığından xəbər verir.
Tədbir hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB