"Əgər Almurad Əliyev belə bir iddia ilə çıxış edibsə, onda həmin şəxsin adını da çəkməli idi. Çox ehtimal ki, bu şəxs AXCP sədri Əli Kərimlidir". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli Almurad Əliyevin qardaşı Elçibəyə qarşı xəyanət edənlərin hamısının cəza alması, lakin bir nəfərin cəzasız qalması iddiasına münasibətini bildirərkən deyib.
Mais Səfərli bildirib ki, Almurad Əliyev qardaşı Əbülfəz Elçibəyə çox yaxın bir insan olduğundan müəyyən məlumatlara malik şəxs sayılır: "Demək olar ki, Ə.Elçibəy hər bir məsələni qarşadı ilə məsləhətləşdirdi".
"Nəyə görə bütün salahdaşları, yəni AXCP sıralarında olmuş şəxslər Əli Kərimliyə qarşı nifrət hissi nümayiş etdirirlər" sualını da cavablandıran Mais Səfərli bildirib ki, Əli Kərimliyə qarşı olan bu nifrət onun şəxsi maraqlarının partiya maraqlarından üstün olması ilə bağlıdır: "Ümumiyyətlə, Azərbaycanda müxalifət partiyalarda çox ciddi şəkildə islahatlar aparılmalıdır. Demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslər demokratiyadan və insan haqlarından danışırlar. Amma rəhbərlik etdikləri partiyalarında nə demokratiya, nə də ki, insan haqlarından əsər-əlamət var. Sankı bu partiyalar onların feodal mülkiyyətidir. Yəni həmin partiyanı istədikləri kimi idarə edərək, qərarlar qəbul edirlər. Eyni zamanda, öz qərarlarını da yerlərdə yerinə yetirilməsinə çalışırlar, yerlərdəkiləri buna məcbur edirlər. Bir sözlə, müxalifət partiyalarda islahatlar keçirilməlidir ki, normal və demokratik bir bazada bu partiyalar qurulsun. O cümlədən də, müxalifət partiyalarında partiya sədrinin deyil, partiyanın maraqları əsas götürülməlidir. Yəni həmin partiyalarda təmsil olunan hər bir partiyadaşın səsi eşidilməlidir. Məhz bunun nəticəsidir ki, cəmiyyət tərəfindən müxalifət partiyaları dəstəklənmir. Yəni xalq bu siyasətə "yox" deyir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB