"Ermənistan işğal edilən ərazilərə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermir""
"Təəssüf ki, dünya mədəni irsinə önəm verən Azərbayca bəzən öz ərazilərində bunu etməkdən məhrumdur. Söhbət Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərdən gedir". SİA-nın xəbərinə görə, bunu YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva Bakıda keçirilən "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq kürsülərdən həmin ərazilərə texniki missiyaların göndərilməsinə çağırır: "Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bunu həyata keçirmək mümkün olmur. Azərbaycan iki ildir ki, YUNESKO-nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması Komitəsi"nin üzvüdür və təşəbbüsü ilə YUNESKO "İşğal olunmuş ərazilərə dair sənəd" qəbul edib. Sənəddə digər məsələlər yanaşı işğal olunmuş ərazilərə texniki missiyaların göndərilməsi nəzərdə tutulur. Lakin ermənilər bu məsələdən müxtəlif yollarla imtina edir və bu işlərin həyata keçirilməsinə imkan vermirlər. Əslində bu orada törədilmiş vəhşiliklərin sübutudur və orada nəyin baş verdiyi təsdiq edir".
G. Əfəndiyeva əlavə edib ki, digər tərəfdən Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi dini, tarixi məbəd kimi qorunub saxlanır: "Bu əlbəttə ki, prezident İlham Əliyev tərəfindən aparılan siyasət, hörmət və münasibətdir. İlk növbədə isə yüksək mədəniyyətdir. YUNESKO-nun ən mühüm siyahılarından biri Ümumdünya İrs Siyahısıdır. Bu müxtəlif mərhələlərdən keçən uzun bir yoldur. Azərbaycanın iki maddi-mədəni irsi-"İçərişəhər" (Qız Qalası və Şirvanşahlar sarayı ilə birgə) və Qobustan bu siyahıda öz yerlərini alıblar. Ümid edirəm ki, Kiş məbədi, Cavanşir qalası, Çıraqqala, bu gün erməni işğalı altında olan Gəncəsar monastrı yaxın ələcəkdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək. Bu sadəcə Azərbaycanın öz zəngin mədəniyyətinin, tarixinin nümayişi deyil, bütün bəşəriyyət üçün gözəl hədiyyə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB