Elman Abdullayev: “Yazılanlar yanlışdır” AÇIQLAMA

Elman Abdullayev: “Yazılanlar yanlışdır” AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev səfir təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə SİA-ya açıqlama verən E. Abdullayev vurğulayıb ki, hazırda öz vəzifəsini icra edir.

Onun sözlərinə görə, səfir təyin olunması yalnız Prezident İlham Əliyevin qərarı əsasında ola bilər: "Əslində belə bir qərar olmadan mənim səfir təyin olunmağımla bağlı məlumatların yayılması düzgün deyil. Bu yalnız ölkə başçısının müstəsna səlahiyyətidir. Mən hazırda öz vəzifəmi icra edirəm. Bu məlumatlar yanlışdır".

Xatırladaq ki, mediada E. Abdullayevin Efiopiyaya səfir vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə