Ədalət və İnkişaf Partiyasından prezidentliyə namizədlik üçün dəstək istəyəcək Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qarşıdakı günlərdə Avstriya və Fransaya səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ədalət və İnkişaf Partiyasından prezidentliyə namizəd bu ayın sonunda açıqlanacaq. Əvvəlcə Ərdoğan Avropa turuna çıxacaq. Ərdoğan 19-20 iyunda Avstriyaya gedəcək, ayın 20-21 –də isə Fransada olacaq. Onun daha sonra türklərin sıx yaşadığı Hollandiya və Belçikaya getməsi gözlənilir.
Baş nazir səfərlərində prezident seçkilərində iştirak edəcək, Ədalət və İnkişaf Partiyasından namizədə dəstək istəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB