"Xalid Cəbrayılov və Zəfər Xəlilovun söylədikləri böhdandır" MÜBAHİSƏ

Yavər Allahverdiyev: “Mən Xalid Cəbrayılov və Zəfər Xəlilovaya xəstəxana xərci ödəməmişəm”
"Xalid Cəbrayılov və Zəfər Xəlilovun söylədikləri böhdandır" MÜBAHİSƏ

Bu ilin may ayının 11-də Səbail rayon ərazisində üç piyadanın vurulması ilə nəticələnən yol qəzası zamanı yaralanan piyadalardan ikisi Xalid Cəbrayılov və Zəfər Xəlilov mətbuata açıqlama verərək bildiriblər ki, hadisə zamanı onları vuran avtomobili Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev idarə edirmiş və hadisəni də məhz Y.Allahverdiyev törədib.

Səbail Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, məsələnin maraqlı tərəfi budur ki, mətbuata açılama verən Xalid Cəbrayılov və Zəfər Xəlilovun səsləndirdikləri fikirlərdə bir-birini təkzib edən məqamlar var. Xalid Cəbrayılov və Zəfər Xəlilov bildiriblər ki, hadisədən sonra Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib ki, bu da çox cüzi olub. Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam etdirirlər.

Xəsarət alan Xalid Cəbrayılov hadisə barədə bunları deyib: "Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də basmadı. Mən özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər".

Hər iki şəxsin açıqlaması ilə bağlı Vətəninfo.az-a danışan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev bildirib ki, o hər iki şəxsin açıqlaması ilə tanışdı: "Artıq vəkillərim verilən açıqlamanı əldə ediblər. Baş verən hadisə zamanı orda olmadığımla yanaşı, hadisə ilə hər hansı əlaqəmin olmadığına baxmayaraq Xalid Cəbrayılov və Zəfər Xəlilovun mənim haqqımda KİV-nə belə açıqlamar verməklə, ictimai-siyasi nüfuzuma ləkə gətirməklə yanaşı, bir vətəndaş olaraq da məni şər və böhtana məruz qoyublar. Ona görə də, hər iki şəxsin bu hərəkətləri ilə əlaqədər məhkəmə qaydasında hüquqlarımı müdafiə edəcəm və hər iki şəxs haqqında bu şər və böhtanlarını sübuta yetirmələri üçün Cinayət Məcəlləsinin 147.2-ci bəndi ilə məhkəmədə vəkillərim vasistəsi ilə iddia qaldıracam. Doğurdan da mənim hansısa baş verən hadisədə iştirakım sübut edilərsə mən qanun qarşısında cavab verməyə hazıram. Amma əks təqdirdə Xalid Cəbrayılov və Zəfər Xəlilov məhkəmə qarşısında cavab verməli olacaqlar".

Yavər Allahverdiyevin sözlərinə görə, hadisə baş verən ərazidə müşahidə kaneraları mövcuddur ki, həmin müşahidə kameraları hüquq-mühafizə orqanları tərəfindən tədqiq edilib və müşahidə kameralarında da avtomobili idarə edən şəxsin mən olmadığım və ümumiyyətlə hadisəni törədən avtomobildə olmadığım açıq-aşkar görünməkdədir. Bu da hadisənin mənim tərəfimdən törədildiyi ilə bağlı səsləndirilən iddiaları alt-üst eləmiş oldu.

Yavər Allahverdiyev Xalid Cəbrayılov və Zəfər Xəlilovun mətbuata hadisədən sonra onların xəstəxana xərclərinin onun tərəfindən ödənildiyi ilə bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, o nə hadisə günü, nə də hadisədən sonra Xalid Cəbrayılov və Zəfər Xəlilovun xəstəxana xərclərini ödəməyib: "Çox qəribədir ki, hadisə də yaralanan şəxslərin xəstəxana xərclərin nəyə görə ödəməli idim. Əgər bunlar iddia edirlər ki, onların yerləşdirildikləri xəstəxananın xərclərin mən ödəmişəm. Buyurub həmin xəstəxananın girişində, daxilində mövcud olan müşahidə kameralarını araşdırın. Mən hər iki şəxsin xəstəxana xərclərin ödəməmişəm. Qəribədir iştirakçısı olmadığım, yaxut mənim törətmədiyim bir qəzada xəsarət alan şəxslərin xəstəxana xərclərin mən nəyə görə ödəməli idim. Bunlar tamamilə yalan və iftiradır".

Bütün xəbərlər Facebook səhifəmizdə