“2014-cü ilin Ən Nüfuzlu Xanımının Vyetnama Səfəri” başlıqlı məqalə dərc olunub FOTO
Vyetnam Qadınlar Birliyinin mətbuat orqanı olan "Vyetnam Qadını" jurnalının iyun buraxılışında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO/İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş "2014-cü ilin Ən Nüfuzlu Xanımının Vyetnama Səfəri" başlıqlı məqalə dərc olunub. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Vyetnam Qadınlar Birliyinin 15.000.000-dan artıq üzvü var və "Vyetnam Qadını" jurnalı dünyanın 135 ölkəsində yayılır.
Məqalədə cari ilin 18-19 may tarixlərində Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi müşayiət etmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnama səfərinin Vyetnam ictimaiyyətinin böyük marağına səbəb olduğu vurğulanıb.
Məqalədə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev fondunun Azərbaycan və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirləri və YUNESKO/İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyevanın Azərbaycan xalqının zəngin mədəniyyətinin, xalq ədəbiyyatının və muğam musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əvəzsiz xidmətləri haqqında geniş yazılıb. Həmçinin, Mehriban xanım Əliyevanın Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və Parlamentin deputatı kimi siyasi fəaliyyəti də işıqlandırılıb.
Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görüldüyü vurğulanaraq, onun müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında ilin ən nüfuzlu xanımı seçilməsi də məqalədə öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB