Ötən gün erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. SİA-nın məlumatına görə, nəticədə Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayonundan hərbi xidmətə çağırılmış əsgəri Həsənli Zaur Söhbətdin oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Şəhidimiz bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani, şəhidin yaxınları, hərbiçi yoldaşları iştirak edib.
Dəfn mərasimində rituallara uyğun olaraq havaya atəş açılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB