Pyotr Poroşenko: “Ukraynanı yenidən birləşdirmək şansını qazanmışıq”
"Ukrayna parçalanmış vəziyyətdədir. Ancaq seçkilərdən sonra biz ölkəni yenidən birləşdirmək şansını qazanmışıq". SİA-nın məlumatına görə, bu sözləri Ukraynanın yeni seçilmiş Prezidenti Pyotr Poroşenko Avropa Şurasının prezidenti Herman Van Rompeylə və Avropa Komissiyasının prezidenti Xise Manuel Borrozu ilə apardığı telefon danışıqlarında deyib.
Xəbərdə qeyd ounur ki, avropalı siyasilər ədalətli və şəffaf seçkilərin keçirilməsinə və Poroşenkonun birinci turdaca qələbə qazanmasına görə ukraynalıları təbrik ediblər. Poroşenko eyni zamanda Avropa siyasilərinə Ukrayna xalqının avrointeqrasiya xəttində dəstəklədiklərinə görə minnətdar olduğunu deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB