Elçin Mirzəbəyli: "Mətbuatı dəyərləndirmək Cəmil Həsənlinin səviyyəsinə uyğun deyil" Münasibət
"Azərbaycan mətbuatını qiymətləndirmək və nəticə çıxarmaq Cəmil Həsənlinin baxış bucağına uyğun gələn məsələ deyil. Çünki o, bu gün Azərbaycan mətbuatına Əli Kərimlinin gözləri ilə baxır". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, publisist Elçin Mirzəbəyli Cəmil Həsənlinin Azərbaycan mətbuatının əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bir zamanlar ayrı-ayrı mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edən Cəmil Həsənli indi konkret məhdud bir dairənin girovuna çevrilib: "O nəinki jurnalistikadan, bütövlükdə elmdən də kənara düşüb. Bu, əslində etik normalardan uzaq yanaşma tərzidir. Təəssüf ki, Cəmil Həsənli özünün düşüncəsini də, keçdiyi yolu da tamamilə unudub. Bir vaxtlar Əli Kərimliyə etiraz edərək onun yanından ayrılan insanın birdən-birə yenidən Kərimlinin girovuna çevrilməsi hesab edirəm ki, onun bütün keyfiyyətlərini ortaya qoyan bir faktdır".
O həmçinin qeyd edib ki, əgər Azadlıq qəzeti bütövlükdə Azərbaycan mətbuatının nümunəsi hesab olunursa, o zaman şübhəsiz, ölkədə mətbuat yoxdur: "Çünki həmin qəzet mətbuat orqanı deyil, sadəcə divar qəzeti olaraq Əli Kərimliyə xidmət edir. Ona görə də Cəmil Həsənlinin dediyinin heç bir əsası yoxdur. Medianı dəyərləndirmək onun nə intellektual səviyyəsinə, nə də mədəni səviyyəsinə uyğun deyil"- deyə, baş redaktor məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Qeyd edək ki, Cəmil Həsənli yerli mətbuatda belə bir fikir səsləndirib: "Əgər hakimiyyət mətbuatının saytında hansısa bir yazını 9 nəfər oxuyubsa, bunun nəyi mediadır? Media "Azadlıq" qəzetidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB