Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçirilir YENİLƏNİR
Bu gün Bakıda ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçirilir. SİA-nın məlumatına görə, görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.
Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB