YAP Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilir YENİLƏNİR-FOTO

YAP Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilir YENİLƏNİR-FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, hakim partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova və digər qonaqlar iştirak edir.

Mərasimi açıq elan edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva əvvəlcə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycanda qadınların rolunun və nüfuzunun artması ölkəmizin uğurlarından biridir: "Bu gün Azərbaycan qadını ölkəmizdə görülən bütün işlərdə mühüm rola malikdir. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu xüsusi qeyd edirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır."

Vurğulanıb ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olub: "Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Tarixin istənilən zaman kəsiyində biz Azərbaycan qadınının öz yerinin və mövqeyinin olduğunu görərik".

Tədbir davam edir.

Qeyd edək ki, tədbirdən öncə Şura üzvləri Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyublar. Daha sonra Şura üzvləri oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, gül-çiçək dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə