Bakıda keçirilən I Qlobal konfrans öz işini bu gün yekunlaşdıracaq YENİLƏNİR-FOTOLAR
Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans bu gün öz işinə yekun vuracaq. SİA-nın məlumatına görə, artıq 3 gündür ki, davam edən konfransda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson başda olmaqla 65 ölkədən 200-dək nümayəndə iştirak edir.
Sonuncu konfrans günündə ABŞ-ın daxili təhlükəsizlik nazirinin beynəlxalq işlər üzrə müavini Alen Bersinin məruzəsi olub. Daha sonra plenar çıxışlara yer verilib.
Bundan sonra isə "KGH Services" şirkətinin prezidenti Lars Karlsonun "Potensialın gücləndirilməsində, islahatların aparılmasında və modernizasiyanın gerçəkləşməsində rəhbərlik amilinin gücü" adlı kitabın təqdimatı keçiriləcək.
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Avropa Port İcma Sistemləri Assosiasiyası ("EPCSA") arasında anlaşma memorandumu imzalanacaq.
Konfransa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson yekun nitqləri ilə başa çatacaq.
Qeyd edək ki, konfransa mayın 21-dən start verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB