Azərbaycan və AŞ arasında səmərəli əməkdaşlıq həyata keçirilir

Azərbaycan və AŞ arasında səmərəli əməkdaşlıq həyata keçirilir

Mayın 20-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyətini və onun ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulayıb.

F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülmüş işlər və digər genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən T.Yaqland Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb, Fəaliyyət Planını qarşılıqlı səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib, məhkəmə sistemində aparılan islahatları təqdir edib.

Söhbət zamanı, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, bu baxımdan "İctimai iştirakçılıq haqqında" Qanunun mühüm əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə