Mais Səfərli: “AXCP və Müsavat Leyla Yunus vasitəsilə 1 milyon dollar pul alıb” İTTİHAM
"Bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri özlərini rekalam etməkdir. Çünki müxalifətçilər bir müddət gündəmdə qalmaq üçün məhz bu cür yersiz hərəkətlərə, üsul və vasitələrə əl atırlar". Sözügedən fikirləri SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli radikal müxalifətin gənclərdən sui-istifadə etməklə, yenidən sabitliyi pozmaq cəhdlərinə münasibətini açıqlayarkən deyib.
Partiya sədrinin fikrincə, həmin üsul və vasitələrdən biridə məhz kütləvi aksiyaların keçirilməsidir: "Bu gün ölkədə kütləvi aksiyaların keçirilməsi üçün heç bir səbəb yoxdur. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz siyasi məqsədlərinin həyata keçməsi üçün hər hansı bir məsələni dərindən dərk edə bilməyən gənc kadrlardan istifadə etmək istəyir. Amma gənclərimiz müxalifətin bu cür çirkin əməllərinə uymur. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən qüvvələrin gənclərlə bağlı hər hansı bir tələ qurmasından aslı olmayaraq sonda müxalifətin gənclər siyasəti iflasa uğrayır. Çünki dövlət tərəfindən gənclər üçün hər cür münbit şərait yaradılıb. Bütün bunların hamısı da gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunmasını bir daha sübut edir".
"Müxalifətin Leyla Yunusun təşkilatı vasitəsi ilə milyonlarla dollar vəsait alan AXCP və Müsavat yetkililəri aldıqları bu vəsaitin hesabına ölkədə hər hansı bir qarşıdurmalar iğtişaşlar, törətməyə cəhd etdiklərlər" deyə qeyd edən Mais Səfərli onu da bildirib ki, onların xaricdən aldıqları maliyyə vəsaitləri hara xərclənməsi ilə bağlı məsələlərin hamısının hesabı verilməlidir: "Əgər doğurdan da xaricdən həmin maliyyə vəsaiti onlara məhz ölkədə ictimai siyasi-sabitliyi pozmaqa yönəlibsə bu özü cinayət deməkdir. Bir sözlə, bu kimi məsələlər hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB