Elçin Mirzəbəyli: "Səfirlərlə görüşmək üçün növbəyə dururlar" İTTİHAM

Elçin Mirzəbəyli: "Səfirlərlə görüşmək üçün növbəyə dururlar" İTTİHAM

"Ollandın müxalifətlə görüşünün ümumiyyətlə, Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Ollandla görüşən tərəflər dəfələrlə ayrı-ayrı xarici qüvvələr tərəfindən ələ alınmış şəxslərdirlər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bir neçə radikal müxalifət liderinin Fransa prezidenti Fransua Ollandla görüşlərindən sonra mesaj göndərmələrinə münasibətini bildirərkən deyib.

BAXCP rəsmisinin fikrincə, əslində onların kimlikləri ortalıqdadır: "Bu insanlar ayrı-ayrı qütblərin arasında manevr etməklə öz mövcudluqlarını qoruyub-saxlayırlar. Məsələn, konkret olaraq sonuncu və Rusiyanın layihəsi kimi heç kimdə şübhə doğurmayan Milli Şura tərkibində olan insanlar da həmin görüşdə iştirak ediblər".

Elçin Mirzəbəyli daha bir maraqlı nüansa toxunaraq bildirib ki, hələ prezident seçkilərindən öncə, AXCP sədri Əli Kərimli və Milli Şurada təmsil olunanlar Vladimir Putinə məktub ünvanlayarkən, onu "əsl demokrat" kimi təqdim edirdilər. Ancaq indi başqa cür düşüncə ortaya qoymağa başlayıblar: "Bunlar vaxtilə Putinə ünvanladıqları məktubda onu "demokrat" deyə adlandırırdılar. İndi isə tamailə əks qütbün nümayəndələri ilə görüşürlər və az qala bunun üçün növbəyə dururlar. Bu baxımdan, bəzi fəallar ki, var xarici səfirliklər tərəfindən müəyyənləşdirilirlər, məhz onlar məqsədyönlü şəkildə hər zaman istifadəyə hazır olduqlarını göstərirlər. Əslində onlara yaxşı bələddir ki, insanlar arasında heç bir ictimai dəstəkləri yoxdur. Bu baxımdan, ictimai dəstəkləri olmadıqları üçün, onların "xilas" yolları xarici səfirliklərin astanaları və qapılarıdır. Bu siyasi meyitlərin başqa çıxış yolları da yoxdur. Ona görə də Ollandın müxalifətlə görüşündə kimin hansı mesaj göndərməsi ümumiyyətlə, kimsəyə maraqlı görünmür".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə