YAP Gənclər Birliyinin üzvləri Heydər Әliyev Mərkəzində olublar

YAP Gənclər Birliyinin üzvləri Heydər Әliyev Mərkəzində olublar

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində olublar. YAP GB üzvləri Ulu Öndər Heydər Əliyevin xatirəsinə yaradılan stendlərə, fotosərgilərə tamaşa ediblər. Azərbaycan xalqının Ümummilli Lderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP gəncləri bir daha əmin olublar ki, Ulu Öndər Heydər Əliyev bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni üçün yorulmadan, qətiyyətlə çalışıb. Müasir Azərbaycan dövlətinin banisi və müdrik siyasətçi kimi dünya miqyaslı nüfuza malik olan Heydər Əliyevin əbədiyaşar Liderliyi YAP GB üzvləri tərəfindən qürur və fərəh hissi ilə yad edilib.

Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daima gənc nəslin qəlbində yaşayacaq və yaşadılacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə